Qeydiyyatda olan kommersiya qurumlarının sayı 8,4 faiz artıb
2025-ci ilin may ayının 1-nə respublika üzrə uçotda olan 1.621.818 vergi ödəyicisinin 86,9 faizi fiziki şəxslər, 13,1 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,3 faiz, hüquqi şəxslərin sayı isə 7,7 faiz artıb. Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,7 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb. May ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz artaraq 195.263 vahid təşkil edib.
2025-ci ilin yanvar-aprel aylarında 4.995 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 89,5 faizi yerli investisiyalı, 10,5 faizi xarici investisiyalıdır. Kommersiya qurumlarının 86,3 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97,1 faiz təşkil edib.