Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Cənubi Koreyanın Milli Vergi Xidməti ilə əməkdaşlıq məsələləri müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Tədris Mərkəzinin rəisi səlahiyyətlərini icra edən, xidmət rəisinin müşaviri Sərxan Həşimov Cənubi Amerika Vergi Administrasiyaları Mərkəzinin (CİAT) Çilidə keçirilən Baş Assambleyasında iştirakı zamanı Cənubi Koreyanın Milli Vergi Xidmətinin rəhbəri Kanq Minsoo ilə görüşüb.

Görüşdə iki ölkənin vergi orqanları arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, təcrübə və məlumat mübadiləsinin təşkili istiqamətində fikir mübadiləsi aparılıb. Tərəflər rəqəmsal vergi texnologiyalarının tətbiqi sahəsində Cənubi Koreyanın təcrübəsinin öyrənilməsi imkanlarını müzakirə ediblər. Kanq Minsoo Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) bu ilin 17-19 iyun tarixlərində Bakı şəhərində keçiriləcək Baş Assambleyasında iştirak edəcəyini bildirib.