Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi ödəyicilərindən daxil olmuş 12,2 minə yaxın yazılı müraciət cavablandırılıb

2025-ci ilin yanvar-aprel ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 210.269 şəxs qəbul edilib, onlara 333.849 sayda xidmət göstərilib ki, bunun da 111,8 mindən çoxu şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 82,6 minə yaxını isə elektron (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) xidmətlər olub.

Aşağıda qeyd olunan 9 xidmət dövr ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin 90,1%-ni təşkil edib:

  • Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
  • Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);
  • Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
  • Asan İmza sertifikatlarının verilməsi;
  • Vergi ödəyicisinə arayışların verilməsi;
  • Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
  • Fiziki şəxsin uçotdan çıxarılması;
  • Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
  • Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması).

Hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 12,2 minə yaxın yazılı müraciət cavablandırılıb, 9,3 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində 1.505 vergi ödəyicisinin iştirakı ilə 138 görüş keçirilib, 1.686 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.

2025-ci ilin yanvar-aprel ayları ərzində vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 784 minə yaxın SMS göndərilib.

Dövr ərzində ümumilikdə 108.017 müraciət üzrə 161.897 Asan İmza sertifikatı verilib.