Dövlət Vergi Xidmətinin nümayəndə heyəti Litvada işgüzar səfərdə olub
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Emil Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təcrübə mübadiləsinin aparılması məqsədilə Litva Respublikasının Vilnüs şəhərinə səfər edib.
Nümayəndə heyəti Litva Respublikasının rəqəmsal texnologiyalar sahəsində təcrübəsi ilə tanış olub. Sonra Litva Respublikasının Dövlət Vergi Müfəttişliyinin mütəxəssisləri bu ölkədə tətbiq olunan intellektual nəzarət prosesinin idarə edilməsi, qiymətləndirmə, risklərin idarə olunması, vergi öhdəliklərinə nəzarət və s. sistemlərlə bağlı təqdimatlar keçirib.
Bundan əlavə, tərəflər vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində hər iki ölkədə həyata keçirilən islahatları müzakirə edib, risklərin qiymətləndirilməsi və təhlili üzrə üsullara dair qarşılıqlı məlumat və təcrübə mübadiləsi aparıblar. Görüşlərdə əməkdaşlıq potensialından istifadə imkanlarının genişləndirilməsi istiqamətində təşəbbüslərin artırılması məsələləri nəzərdən keçirilib və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi barədə razılıq əldə olunub.
Səfər çərçivəsində DVX rəisinin müavini Emil Qarayev ölkəmizin Litvadakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev ilə də görüşüb.