“Kontragentləri araşdır” elektron xidmətindən istifadə üçün videotəlimat hazırlanıb
Məlum olduğu kimi, Dövlət Vergi Xidmətinin (DVX) inzibati yükünü artırmadan onun informasiya sistemlərində vergi ödəyicisinə aid kommersiya və vergi sirri təşkil edən məlumatların ötürülməsinə, yaxud idarə edilməsinə imkan verən “Kontragentləri araşdır” yeni elektron xidməti yaradılıb.
Elektron xidmətdən vergi ödəyicilərinin elektron kabinetləri üzərindən gücləndirilmiş elektron imza vasitəsilə istifadə etmək mümkündür. Bu zaman sorğu edən şəxs müvafiq ekran vasitəsilə qarşı tərəfin (kontragentin) VÖEN-ini daxil etməklə vergi orqanında olan, o cümlədən kommersiya (vergi) sirri təşkil edən məlumatlara baxış imkanının verilməsi üçün ona sorğu göndərir. Kontragent bu sorğunu qəbul və ya məlumatların açıqlanmasından imtina edə bilər.
Elektron xidmət vergi ödəyicilərinin əmtəəsiz əməliyyat aparan (riskli), şəffaf fəaliyyət göstərməyən ticarət partnyorları ilə bağlı risklərini minimallaşdırmağa imkan verir.
Xidmətdən necə istifadə etmək olar? DVX bununla bağlı müvafiq videotəlimat hazırlayıb: