Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dövlət Vergi Xidmətinin əməkdaşları arasında keçirilən minifutbol turniri başa çatıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) təşkilatçılığı ilə müasir vergi orqanlarının yaradılmasının 25 illiyinə həsr edilmiş minifutbol turniri başa çatıb. Qaliblərə kubok, qiymətli hədiyyələr və DVX Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərmanları təqdim edilib. Bununla yanaşı, turnirdə müxtəlif kateqoriyalar üzrə fərqlənən oyunçular da təltif olunublar.  
Turnirin bağlanış mərasimində DVX-nin rəis müavini Emil Qarayev və  İnsan resursları baş idarəsinin rəis müavini Ceyhun Mehdiyev iştirak ediblər. Tədbirdə çıxış edən Emil Qarayev bildirib ki, bu yarış yalnız idman tədbiri deyil, həm də sağlam həyat tərzini təşviq etmək və komanda ruhunu gücləndirmək məqsədi daşıyan vacib təşəbbüsdür. 
Xatırladaq ki, bir aya yaxın müddətdə davam edən turnirdə DVX-nin Aparatına və strukturuna daxil olan qurumların 18 komandası iştirak edib.