“Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçiriləcək
2025-ci ilin mayın 21-də saat 11:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək.
İclasda Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi çərçivəsində 1-ci rüb ərzində görülmüş işlərin nəticələri və nəzərdə tutulan tədbirlər, həmçinin Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinə ünvanlanmış müraciətlər müzakirə ediləcək.
Vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın www.azranking.az internet portalının “onlayn müraciət (https://azranking.az/online-apply)” bölməsi və “Təklif göndər” onlayn xidməti vasitəsilə işçi qrupun işində iştirak edərək aidiyyəti sahə və məsələlər barədə təkliflər təqdim edə bilərlər.