Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Mikro və kiçik sahibkarlıq subyektləri ilə görüşlər keçirilib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Şərur, Babək və Ordubad şəhərlərində mikro və kiçik sahibkarlıq subyektləri ilə görüşlər keçirilib. 

Görüşlərdə iştirakçılara kameral vergi yoxlaması barədə məlumatlar verilib. Kameral vergi yoxlaması ilə bağlı göndərilən məktubların, digər maarifləndirici məlumatların vergi ödəyiciləri tərəfindən vaxtında oxunmasının, zəruri hallarda cavablandırılmasının vacibliyi, həmin səbəbdən ödəyicilərə məxsus elektron kabinetin mütəmadi olaraq yoxlanılmasının vacibliyi diqqətə çatdırılıb. Sahibkarlar bu sahədə rastlaşdıqları çətinliklər barədə suallarını və təkliflərini səsləndiriblər.