Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Dövlət Vergi Xidməti karyera festivalında iştirak edib

Mayın 22-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) növbəti karyera sərgisində iştirak edib. Qurum Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə baş tutan “Careerfest BEU 2025” karyera festivalında öz stendi ilə təmsil olunub.

Burada tələbə və məzunlara dövlət vergi orqanlarına işə qəbul prosesi, könüllü fəaliyyət və ali təhsil müəssisələrinin tələbələri üçün təşkil olunan “Yay Təcrübə Proqramı” barədə ətraflı məlumat verilib.