Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Şəmkirdə vergi odəyiciləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ombudsmanı xidməti baş idarəsinin təşəbbüsü ilə 14 saylı Ərazi Vergilər İdarəsinin əhatə dairəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Baş idarənin rəisi Arif Quliyevin də iştirak etdiyi tədbirin məqsədi vergi və sığorta sahəsində sahibkarların üzləşdiyi problemləri və irəli sürdükləri təkliflər dinləmək, göstərilən xidmətlərin təkmilləşdirilməsi üçün aktual məsələləri müəyyənləşdirmək olub. Vergi ödəyicilərinin hüquqlarının qorunması və şikayətlərin yaranma səbəblərinin təhlili görüşün əsas mövzularından olub.

Baş idarənin fəaliyyəti və Vergi ombudsmanı institutunun rolu barədə iştirakçılara məlumat verilərək bildirilib ki, məqsəd pozulmuş hüquqların bərpası, preventiv tədbirlərin həyata keçirilməsi və bu sahədə mövcud təcrübənin inkişaf etdirilməsidir.

Görüş zamanı Dövlət Vergi Xidmətinin internet saytında yaradılmış “Vergi ombudsmanı” bölməsi təqdim olunub, sahibkarların rəyləri və sualları dinlənilib, interaktiv sorğular vasitəsilə anonim fikirlər toplanıb. Sahibkarlar vergi və sığorta qanunvericiliyi və inzibatçılığı ilə bağlı rastlaşdıqları çətinliklərlə bağlı fikirlərini, suallarını və təkliflərini səsləndiriblər.

Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən təşviqedici mexanizmlərin formalaşdırılması və vergi orqanları ilə əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. Qeyd edilib ki, bu cür tədbirlərin davamlı təşkili açıq və şəffaf dialoqun qurulması baxımından əhəmiyyətlidir.

Vergi ombudsmanı xidməti baş idarəsi tərəfindən gələcəkdə də bu istiqamətdə görüşlərin davam etdirilməsi nəzərdə tutulur.