Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

"Vergilər" mövzusunda ümumrespublika olimpiadasının seçim turuna start verilib

Müasir vergi orqanlarının yaradılmasının 25 illiyi münasibətilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ali təhsil müəssisələrinin tələbələri arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadasının seçim turuna start verilib.

Mayın 27-də baş tutan seçim mərhələsində Bakı şəhəri, regionlar və Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkənin 25 ali təhsil müəssisəsini təmsil edən ümumilikdə 382 tələbə iştirak edib.

Olimpiada iştirakçıları Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi tərəfindən vergi sistemi və vergi qanunvericiliyinə dair tərtib edilmiş müxtəlif çətinlik dərəcəli test sualları əsasında biliklərini nümayiş etdiriblər. Seçim turunun nəticələrinə əsasən, yüksək nəticə göstərən tələbələr olimpiadanın final mərhələsinə vəsiqə qazanıb.

Final mərhələsi iyun ayında Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində keçiriləcək.