Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Özbəkistana işgüzar səfər təşkil edilib

25-29 may tarixlərində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə bir sıra dövlət qurumlarının kommunikasiyaya məsul şəxsləri və media nümayəndələrinin Özbəkistan Respublikasına səfəri baş tutub. 

Səfər zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Media və kommunikasiya idarəsinin rəisi Rövşən Məmmədov Özbəkistanın Dövlət Vergi Komitəsinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi – mətbuat katibi Dildora Haşimova ilə görüşüb. İdarə rəisi Vergi Komitəsinin fəaliyyəti ilə tanış olub, media və kommunikasiya sahəsində müasir çağırışlar, innovativ yanaşmalar və perspektivlər nəzərdən keçirilib. Tərəflər təcrübə mübadiləsi çərçivəsində keçirilən görüşlərin əhəmiyyətini vurğulayaraq, kommunikasiya prosesinin təkmilləşdirilməsi istiqamətində görülən işlər və birgə fəaliyyət imkanları barədə müzakirələr aparıblar.

Səfər çərçivəsində Azərbaycanın dövlət qurumlarının kommunikasiyaya məsul şəxsləri və media nümayəndələrinin Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin direktorunun birinci müavini Dilşod Saidjanov, Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin rektoru Şerzodxon Qudratxoja ilə görüşləri keçirilib. Bundan başqa, nümayəndə heyəti Özbəkistan Müdafiə Nazirliyində olub və qurumun mətbuat xidmətinin fəaliyyəti ilə yaxından tanış olub.