Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dövlət Vergi Xidməti karyera festivalında iştirak edib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ali təhsil müəssisələrinin təşkil etdiyi karyera festivallarında iştirakını davam etdirir. DVX mayın 27-də Bakı Dövlət Universiteti, Dövlət Məşğulluq Agentliyi və BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən karyera sərgisində öz stendi ilə təmsil olunub.

Burada tələbə və məzunlara dövlət vergi orqanlarına işə qəbul prosesi, könüllü fəaliyyət və ali təhsil müəssisələrinin tələbələri üçün təşkil olunan “Yay Təcrübə Proqramı” barədə ətraflı məlumat verilib.