Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə xeyriyyə tədbiri keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) sosial məsuliyyət strategiyası çərçivəsində müxtəlif təşəbbüslərin dəstəklənməsini daim diqqətdə saxlayır və ictimai layihələrin həyata keçirilməsində fəal iştirak edir. Bu məqsədlə DVX-də 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Balaca ulduzlar” adlı tədbir və xeyriyyə yarmarkası təşkil edilib.

Tədbirdə vergi xidməti əməkdaşlarının övladlarının istedadlarının nümayiş etdirildiyi videoçarx izlənilib, təşkil olunan xeyriyyə yarmarkasında onların əl işlərindən ibarət yaradıcılıq nümunələri təqdim edilib. Rəsm əsərləri və digər əl işlərinin satışından əldə olunan gəlir xeyriyyə məqsədlərinə - valideyn himayəsindən məhrum uşaqların ehtiyaclarının qarşılanmasına yönəldiləcək.

Yarmarka başa çatdıqdan sonra uşaqlar üçün Azərbaycan haqqında maarifləndirici təqdimat keçirilib, məktəblilərə dövlətimizin tarixi, rəmzləri, coğrafi mövqeyi, mədəniyyəti barədə məlumat verilib. Tədbirin davamında isə interaktiv yarışma təşkil olunub. Yarışmada fərqlənən uşaqlara müxtəlif hədiyyələr verilib.

Artıq ikinci ildir ki, təşkil olunan tədbir məktəblilərdə xoş təəssüratlarla yadda qalaraq DVX-də daxili kommunikasiyanın möhkəmlənməsini və faydalı yeniliklərin ənənə kimi formalaşmasını təmin edir.