Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“ACWA Power” şirkətinin İdarə Heyətinin sədri ilə görüş keçirilib

“ACWA Power” şirkəti ilə qlobal enerji gündəliyinin prioritetləri, dayanıqlı biznes modellərə keçidin əhəmiyyəti və yaşıl enerji sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə  olunub.

30-cu Bakı Enerji Həftəsi çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Əbunəyyan ilə görüşüb.

Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadiyyatın bütün sahələrində, xüsusilə də bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndiyi vurğulanıb. “Yaşıl” enerjiyə keçidin təmin edilməsi istiqamətində hədəflərimizin reallaşmasında bu ölkədən olan investorlarla işbirliyinin rolu qeyd edilib. “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda Qafqaz regionunun ən böyük külək elektrik stansiyasının inşası ilə bağlı həyata keçirilən layihə və dəniz suyunun duzsuzlaşdırılması sahəsində görülən işlər əməkdaşlığımızın əhəmiyyətli nümunəsi kimi dəyərləndirilib.

Tərəflər qlobal enerji gündəliyinin prioritetləri, dayanıqlı biznes modellərə keçidin əhəmiyyəti və yaşıl enerji sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.