Ölkə ərazisində 106.520 ədəd yeni nəsil NKA quraşdırılıb
Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 106.520 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
2025-ci ilin yanvar-may aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 10 milyard 499 milyon 316,8 min manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz və ya 1 milyard manatdan çoxdur.