Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Vergi orqanlarına daxil olmuş müraciətlərin sayı 6,2 faiz azalıb

2025-ci ilin may ayında ümumilikdə vergi orqanlarına 32.985 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz azdır. Daxil olmuş müraciətlərdən 94,2 faizi ərizə, 5,7 faizi şikayət, 0,1 faizi təklif olub, 26 müraciətin icrası nəzarətə götürülüb. Daxil olmuş müraciətlərdən 65,1 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 34,9 faizi isə hazırda icradadır.

Baxılması başa çatdırılmış müraciətlərdən 65,7 faizi həll olunub, 33,1 faizi ilə bağlı müvafiq izahat verilib, qalanları barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Həll olunmuş 150 sayda faktiki şikayət, əsasən, kameral vergi yoxlamaları, vergi ödəyicisinin qeydiyyatı, şəxsi hesab vərəqələri, maliyyə sanksiyalarının silinməsi, vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi) və digər məsələlərlə bağlı olub.

May ayı ərzində Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 82 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb.