Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Bakıda IOTA-nın İcraiyyə Şurasının 154-cü iclası keçirilib

İyunun 16-da Bakıda Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) İcraiyyə Şurasının 154-cü iclası keçirilib. İclas Azərbaycan Respublikasının IOTA-ya prezidentliyi çərçivəsində baş tutub.

İcraiyyə Şurasının iclasında təşkilatın idarəetmə orqanı kimi qarşıdakı dövr üçün strateji və inzibati qərarların qəbulu ilə bağlı mühüm məsələlər müzakirə olunub. Tədbirdə İcraiyyə Şurası üzvləri növbəti illər üçün IOTA-nın fəaliyyət istiqamətləri üzrə prioritetləri, vergi administrasiyaları arasında əməkdaşlığın daha da gücləndirilməsi və innovativ təşəbbüslərin təşviqi barədə fikir mübadiləsi aparıblar. IOTA prezidenti Orxan Nəzərli qeyd edib ki, İcraiyyə Şurası təşkilatın strateji məqsədlərinə nail olmaq istiqamətində böyük səylə çalışır.

İclasda IOTA Katibliyi tərəfindən görülən işlər, Bakıda keçiriləcək 29-cu Baş Assambleya və onun gündəliyinə daxil edilmiş məsələlər müzakirə edilib.