Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Estoniya ilə vergi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

İyunun 18-də Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyası çərçivəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Estoniya Vergi və Gömrük Şurasının baş direktoru cənab Rayqo Uukkivi ilə ikitərəfli görüş keçirib.

Görüşdə Azərbaycan ilə Estoniya arasında vergi sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər vergi risklərinin vaxtında aşkar olunması, qiymətləndirilməsi və qarşısının alınması məqsədilə təcrübə mübadiləsi, rəqəmsal alətlərdən istifadə etməklə xidmət keyfiyyətinin yüksəldilməsi və könüllü vergi ödənişlərinin stimullaşdırılması istiqamətində əməkdaşlıq, yığım mexanizmlərinin təkmilləşdirilməsi üçün innovativ yanaşmalarla bağlı fikir mübadiləsi aparıblar.

Görüşün sonunda gələcək əməkdaşlığın əsaslarını müəyyən edən protokol sənədi imzalanıb. Sənəd iki ölkənin vergi administrasiyaları arasında gələcək birgə fəaliyyətlər üçün yol xəritəsi rolunu oynayacaq və strateji tərəfdaşlığın inkişafına töhfə verəcək.