Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

IOTA-nın Bakıda keçirilən 29-cu Baş Assambleyası işini başa çatdırıb

İyunun 19-da Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyasının texniki sessiyası başa çatıb.

“Sürətlə dəyişən mühitdə adaptiv və çevik vergi administrasiyası” mövzusunda keçirilən Assambleyanın texniki sessiyasında innovativ idarəetmə yanaşmaları, rəqəmsal texnologiyaların tətbiqi və çevik vergi inzibatçılığı üzrə qabaqcıl beynəlxalq təcrübələr təqdim edilib.

İştirakçılar “İstifadəçi mərkəzli yanaşma”, “Çevik metodologiyanın tətbiqi” və “Vergi əməliyyatlarında dizayn düşüncə üsulu” mövzularında keçirilən tematik bölmələrdə vergi administrasiyalarının konkret təcrübə və təşəbbüsləri ilə tanış olublar. Azərbaycan, Polşa, Latviya, Türkiyə, Yunanıstan, Böyük Britaniya və digər ölkələrin nümayəndələri təqdimatlarla çıxış edərək, istifadəçi ehtiyaclarına uyğunlaşdırılmış xidmətlər, çevik yanaşmaların praktiki tətbiqi və dizayn əsaslı vergi islahatları haqqında məlumat veriblər.

Plenar müzakirələr zamanı texniki sessiyaların nəticələri ümumiləşdirilib və paralel bölmələr üzrə əsas nəticələr diskussiya formatında təqdim olunub.

Bağlanış mərasimində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli iştirakçılara təşəkkür edib, müzakirələrin təşkilata və üzv ölkələrə verdiyi töhfələri vurğulayıb. Qeyd edib ki, Assembleyada keçirilən müzakirələrdə davamlı irəliləyiş üçün çevik strategiyaların hazırlanması, liderlik və insan kapitalının inkişafı, vergi idarələrinin idarəetmə modellərinin transformasiyası ilə bağlı konkret nümunələr və yanaşmalar nümayiş olunub. Paralel sessiyalarda istifadəçi mərkəzli xidmətlərin dizaynı, “Agile” və “Design Thinking” kimi yanaşmaların tətbiqinə qədər geniş təcrübə mübadiləsi aparılıb ki, bu təcrübələr IOTA çərçivəsində gələcək əməkdaşlıq üçün çox dəyərli əsasdır.