Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Azərbaycan və Polşa vergi sahəsində institusional əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyası çərçivəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Polşa Milli Gəlir Administrasiyasının rəhbəri Marcin Loboda ilə ikitərəfli görüş keçirib.

Görüş zamanı vergi idarəetməsində institusional potensialın gücləndirilməsi, rəqəmsallaşma strategiyalarının tətbiqi və innovativ texnologiyaların inteqrasiyası istiqamətində fikir mübadiləsi aparılıb. Hər iki tərəf vergi inzibatçılığında çevik yanaşmaların və məlumat əsaslı qərarların əhəmiyyətini vurğulayıb.

DVX rəisi vergi orqanlarında çevik idarəetmə prinsiplərinin tətbiqi istiqamətində atılan addımları, operativ və adaptiv idarəetmənin formalaşdırılması üzrə praktiki təcrübəni diqqətə çatdırıb. Orxan Nəzərli vergi sisteminin şəffaflığı və səmərəliliyinin artırılması istiqamətində aparılan islahatların davamlı xarakter daşıdığını qeyd edib.

Milli Gəlir Administrasiyasının rəhbəri Polşada vergi inzibatçılığı sisteminin modernləşdirilməsi üzrə həyata keçirilən tədbirlər, o cümlədən mərkəzləşdirilmiş məlumat bazaları və avtomatlaşdırılmış nəzarət mexanizmləri barədə məlumat verib. Marcin Loboda iki ölkənin vergi administrasiyaları arasında təcrübə mübadiləsinin və ekspert səviyyəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər gələcəkdə maraq doğuran sahələr üzrə texniki əməkdaşlığın gücləndirilməsi imkanlarının nəzərdən keçirilməsi barədə razılıq əldə ediblər.