Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə mövzusunda təlim keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) bir qrup öhdəlik daşıyan şəxslərlə “Əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə (ƏL/TMM) qarşı mübarizə sahəsində mövcud vəziyyət və çağırışlar” mövzusunda təlim keçirib.

Tədbirdə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin, ölkənin aparıcı şirkətlərinin nümayəndələri və 20-dən çox öhdəlik daşıyan şəxs iştirak edib. DVX-nin Maliyyə monitorinqi şöbəsinin təşkilatçılığı ilə təşkil olunan tədbirin əsas məqsədi qeyd olunan sahədə mövcud vəziyyətin iştirakçıların diqqətinə çatdırılması, çətinliklərin aradan qaldırılması üçün öhdəlik daşıyan şəxslərə zəruri məlumatların verilməsi və s. məsələlərin müzakirəsi olub.

Dövlət Vergi Xidmətinin Maliyyə monitorinqi şöbəsinin rəisi Orxan Abdinov tədbir iştirakçılarını təlimin mövzusu ilə tanış edib. Təlimdə mövzu ilə bağlı təqdimatlar keçirilib. Təqdimatda öhdəlik daşıyan şəxslər üçün hazırlanmış metodiki vəsaitlər, əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində statistik məlumatlar, imza səlahiyyətli şəxslərlə bağlı monitorinqlər, Şübhəli Əməlliyyatların Monitorinq Sistemi (ŞƏMS) barədə ətraflı məlumat verilib. Tədbir iştirakçıları qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə Maliyyə Monitorinqi Xidməti tərəfindən yeni yaradılmış ŞƏMS-də qeydiyyatla bağlı məlumatlandırılıb, müvafiq təlimat onlara təqdim edilib. Bildirilib ki, hazırda 1.560 öhdəlik daşıyan şəxs bu sistemdə qeydiyyatdan keçirib.

Tədbir iştirakçıları cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması ilə mübarizə sahəsində mövcud vəziyyətlə bağlı fikirlərini bildirib, təkliflər irəli sürüblər.