Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Naxçıvanda istehlakçılara 3 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 2025-ci ilin yanvar-may aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 185 milyon manata yaxın olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 18,4 faiz çoxdur.

Naxçıvanda ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı innovativ layihə olan “ƏDV geri al” mexanizminin tətbiqi də uğurla davam etdirilir. İndiyədək MR-də layihə çərçivəsində istehlakçılara 3 milyon manatda yaxın ƏDV məbləği geri qaytarılıb. Bu ilin yanvar-may aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 16,7 faiz artaraq 654,1 min manat olub.