Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Xocalı rayonunda vergi ödəyiciləri ilə görüş keçirilib

İşğaldan azad olunmuş ərazilərdə tətbiq olunan güzəşt və stimullar barədə məlumatlılıq səviyyəsinin artırılması və könüllü vergi ödənişinin təşviqi məqsədi ilə Xocalı rayonunda sahibkarlarla görüş keçirilib. Tədbirdə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qarabağ Ərazi Vergilər Baş İdarəsinin məsul əməkdaşları iştirak ediblər.

Sahibkarlara işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri, o cümlədən vergi və gömrük imtiyazları barədə ətraflı məlumat verilib. Vergi ödəyicilərinin və obyektlərin vergi uçotuna alınmasına dair qaydalar izah olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb.