Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Dövlət Vergi Xidməti İƏT-nin Qadınlar Forumunda təmsil olunub

Laçın şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Qadınlar Forumu keçirilib. Forum qadınların iqtisadi və sosial imkanlarının artırılması, dayanıqlı və inklüziv inkişafda rolunun gücləndirilməsi məqsədilə təşkil olunub.

Tədbirdə Dövlət Vergi Xidmətini (DVX) İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova təmsil edib. Forum çərçivəsində qadınların təhsilə çıxışı, rəqəmsal bacarıqlarının artırılması və regional iqtisadi layihələrdə iştirakının dəstəklənməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, DVX insan resurslarının inkişafına, qadın əməkdaşların potensialının artırılmasına xüsusi önəm verir və bu sahədə beynəlxalq təcrübənin tətbiqini dəstəkləyir.