Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Xidmət mərkəzlərinə müraciətlərlə bağlı sorğu keçirilir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti  vergi ödəyiciləri ilə səmərəli ünsiyyətin qurulması, şəffaf və müasir xidmətlərin göstərilməsi məqsədilə onların rəylərinin mütəmadi öyrənilməsini fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib.

Bu məqsədlə Xidmət tərəfindən növbəti - “Xidmət mərkəzlərinə müraciətlərlə bağlı” onlayn sorğu keçirilir. Sorğunun məqsədi vergi ödəyicilərinin xidmət mərkəzlərində müraciətləri zamanı göstərilən xidmətlərin səviyyəsi və keyfiyyəti ilə bağlı rəy və təkliflərini toplamaqdır.

Sorğuda iştirak edərək verdiyiniz rəy və qeydlər göstərilən xidmət mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi və vergi ödəyicilərinin məmnunluğunun artırılması istiqamətində aparılan işlərdə nəzərə alınacaq.

Sorğuya bu link vasitəsilə keçid edə bilərsiniz.