Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 19,6 faiz artıb

Naxçıvanda ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı innovativ layihə olan “ƏDV geri al” mexanizminin tətbiqi də uğurla davam etdirilir. İndiyədək MR-də layihə çərçivəsində istehlakçılara 3 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Bu ilin yanvar-iyun aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 20,5 faiz artaraq 808,4 min manat olub.

Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2025-ci ilin yanvar-iyun aylarında Naxçıvanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 228,9 milyon manata yaxın olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 19,6 faiz çoxdur.