Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Qarabağ Universitetinin tələbələri vergi orqanlarında könüllülük fəaliyyətinə cəlb olunublar

Qarabağ Universitetinin 22 tələbəsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət mərkəzlərində könüllülük fəaliyyətinə cəlb olunub.

Dövlət Vergi Xidməti ilə Qarabağ Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında memorandum çərçivəsində həyata keçirilən və 2 ay davam edəcək fəaliyyətin əsas məqsədi ikitərəfli  faydalı əməkdaşlığın genişləndirilməsi, gənclərin vergi sahəsində bilik və bacarıqlarının artırılmasından ibarədir. Tələbələr üçün Dövlət Vergi Xidmətinin fəaliyyətinin əsasları, hüquq və vəzifələri, dövlət vergi orqanları əməkdaşlarının etik davranış məsələləri, məlumat təhlükəsizliyi, könüllülük fəaliyyətinin məqsədi və motivasiya mövzuları üzrə təlimlər təşkil edilir.

Qarabağ Universiteti ilə əməkdaşlıq çərçivəsində bu prosesin gələcəkdə də davam etdirilməsi, tələbələrin yaradılmış imkanlardan maksimum faydalanması üçün vergi orqanlarında hər bir şəraitin yaradılması nəzərdə tutulur.