Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Yay Təcrübə Proqramı” davam edir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən tələbələrin bilik və bacarıqlarının, şəxsi keyfiyyətlərinin inkişafına dəstək məqsədilə keçirilən növbəti “Yay Təcrübə Proqramı” davam edir. DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkil olunan yay düşərgəsindən sonra tələbələr Xidmətin Aparatında və digər strukturlarında 8 həftəlik iş təcrübəsinə başlayıblar.

52 nəfər tələbənin iştirak etdiyi təcrübə proqramı iştirakçılara real iş mühitində praktiki bacarıqlar qazanmaq, vergi xidmətinin gündəlik fəaliyyətində iştirak etmək və nəzəri bilikləri tətbiq etmək imkanı yaradır. Tələbələr peşəkar vergi mütəxəssislərinin rəhbərliyi altında çalışaraq aktual vergi məsələlərinin həllində aktiv iştirak edirlər.

4-cü “Yay Təcrübə Proqramı”nın sentyabrın əvvəlində başa çatması nəzərdə tutulur.