Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi orqanlarına daxil olmuş müraciətlərə operativ şəkildə baxılır

2025-ci ilin iyul ayında vergi orqanlarına 46.237 müraciət daxil olub ki, onların 93,3 faizini ərizələr, 6,6 faizini şikayətlər, 0,1 faizini müxtəlif təkliflər təşkil edib. Müraciətlərdən 72,4 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 27,6 faizi isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərin 65,3 faizi həll olunub, 33,3 faizi barədə müvafiq izahat verilib, qalanları barədə qanunvericiliyə uyğun tədbirlər görülüb. Həll edilmiş 286 faktiki şikayət, əsasən, kameral vergi yoxlamaları, sosial sığorta ödənişləri, maliyyə sanksiyalarının silinməsi, vergi ödəyicilərinin qeydiyyatı, şəxsi hesab vərəqələri, vergi borcu və digər məsələlərlə bağlı olub.

İyul ayı ərzində Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 67 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb.