Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Sahibkarlara Vergi ombudsmanı institutu barədə məlumat verilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi Arif Quliyevin iştirakı ilə Zaqatala şəhərində 13 saylı Ərazi Vergilər İdarəsinin (ƏVİ) əhatə dairəsində fəaliyyət göstərən kiçik, orta və iri sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib.

Görüşün məqsədi vergi və sığorta sahəsində sahibkarların qarşılaşdıqları çətinliklərlə tanış olmaq, irəli sürdükləri təklifləri dinləmək, göstərilən xidmətlərin təkmilləşdirilməsi üçün aktual məsələləri müəyyənləşdirmək olub. Arif Quliyev Baş idarənin və Vergi ombudsmanı institutu barədə danışaraq bildirib ki, məqsəd vergi ödəyicilərinin hüquqlarının qorunması, preventiv tədbirlərin həyata keçirilməsi və bu sahədə mövcud təcrübənin inkişaf etdirilməsidir.

Görüş zamanı iştirakçılara DVX-nin rəsmi internet saytında (www.taxes.gov.az) yaradılmış “Vergi ombudsmanı” bölməsi  barədə məlumat verilib, sahibkarların rəyləri dinlənilib və sualları cavablandırılıb. Sahibkarlar vergi və sığorta qanunvericiliyi və inzibatçılığı ilə bağlı rastlaşdıqları çətinliklərlə bağlı fikirlərini  və təkliflərini səsləndiriblər. Bununla yanaşı, vergi orqanlarına edilən müraciətlərlə bağlı sahibkarlar arasında real vaxt rejimində sorğu keçirilib.

Qeyd olunub ki, vergi ombudsmanı xidməti baş idarəsi tərəfindən gələcəkdə də bu istiqamətdə görüşlərin davam etdirilməsi nəzərdə tutulur.