Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Gücləndirilmiş elektron imzalardan istifadənin hansı üstünlükləri var?

Gücləndirilmiş elektron imza vergi ödəyicilərinin fərdi və sahibkarlıq fəaliyyətləri ilə bağlı məlumatlarının etibarlı qorunmasını təmin edir, elektron kabinetə girişdə yüksək təhlükəsizlik, rahatlıq və vaxt qənaəti yaradır. Hüquqi qüvvəyə malik olan bu imzaların əldə edilməsi və istifadəsi olduqca sadədir. “Asan İmza” və “Sima İmza” kimi həllər prosesi daha da sürətli və təhlükəsiz edir. Dövlət Vergi Xidməti tərəfindən hazırlanmış növbəti maarifləndirici çarxda gücləndirilmiş elektron imzanın üstünlükləri və əldə edilməsi ilə bağlı məsələlər diqqətə çatdırılır.