Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Vergi orqanlarına daxil olan vətəndaş müraciətlərinin sayı azalıb

2025-ci ilin avqust ayı ərzində ümumilikdə vergi orqanlarına 30.343 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,9 faiz azdır. Daxil olmuş müraciətlərdən 93 faizi ərizə, 6,9 faizi şikayət, 0,1 faizi təklif olub. Müraciətlərin 69,5 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 30,5 faizi isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərdən 64,9 faizi həll olunub, 33,8 faizi ilə bağlı müvafiq izahat verilib, qalanları barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Həll olunmuş 91 faktiki şikayət, əsasən, kameral vergi yoxlamaları, vergi borcu, vergi mükəlləfiyyətləri, sosial sığorta ödənişləri və digər məsələlərlə bağlı olub.

Avqust ayı ərzində Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 65 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb.