POS-terminalın qeydiyyatdan çıxarılması prosesini izah edən videotəlimat hazırlanıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinə dəstək məqsədilə “POS-terminalın qeydiyyatdan çıxarılması” ərizəsinin təqdim olunması qaydalarını əks etdirən videotəlimat hazırlayıb. Təlimatda müraciətin elektron xidmət vasitəsilə təqdim edilməsi prosesi izah olunur.