Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları” yeni redaksiyada təsdiq olunub

Fəaliyyət növləri üzrə vergi münasibətlərinə vahid yanaşmanın təmin edilməsi, uçot məlumatlarının dəqiqləşdirilməsi və ödəyicilərin öz fəaliyyətlərinə uyğun vergi öhdəlikləri barədə əvvəlcədən məlumatlı olmaları məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əmri ilə təsdiqlənmiş “İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları” tətbiq edilir.

Mövcud iqtisadi proseslər nəticəsində yaranan yeni fəaliyyət kodları (növləri) və Vergi Məcəlləsinə edilmiş dəyişikliklər nəzərə alınaraq, bu sənədin yeni redaksiyası təsdiq olunub və Dövlət Vergi Xidmətinin rəsmi internet saytında yerləşdirilib.

Standartların tam mətnini buradan əldə etmək mümkündür.