Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Özbəkistan nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində DVX-də görüş keçirilib

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsinin icrası çərçivəsində Özbəkistanın dövlət qurumlarının media ilə iş üzrə məsul nümayəndələrinin ölkəmizə səfəri davam edir.

Səfər çərçivəsində Özbəkistan Respublikası Alkoqollu içkilər və tütün məmulatları bazarının tənzimlənməsi üzrə Müfəttişliyin mətbuat katibi Dilrabo Kuryazova İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) olub.

Görüş zamanı iki ölkənin müvafiq strukturları arasında media və kommunikasiya sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Aksizli malların dövriyyəsinə nəzarət sahəsində ölkələrin təcrübələri, bu istiqamətdə tətbiq olunan innovativ yanaşmalar barədə fikir mübadiləsi aparılıb. Görüş zamanı qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Qonaq DVX-nin Vergi muzeyi ilə tanış olub.