Yay Təcrübə Proqramı tələbələrin gələcək inkişafına mühüm töhfələr verəcək
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin tələbələrin bilik və bacarıqlarının artırılması, onların şəxsi və peşəkar inkişafına dəstək göstərilməsi məqsədilə təşkil etdiyi 4-cü Yay Təcrübə Proqramı uğurla yekunlaşıb. Proqramda iştirak edən 61 tələbə yay düşərgəsi və 8 həftəlik praktiki təcrübə sayəsində həm peşəkar mühitlə yaxından tanış olub, həm də şəxsi inkişafı üçün dəyərli imkanlar qazanıblar. Proqram çərçivəsində əldə olunan bilik və təcrübə tələbələrin gələcəkdə peşəkar inkişafına mühüm töhfə olacaq. Təcrübə proqramının gedişatını əks etdirən videoçarxı təqdim edirik.