Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı artır

Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində Azərbaycanda əmək bazarının inkişafı, bu istiqamətdə normativ - hüquqi bazanın təkmilləşdirilməsi, beynəlxalq təcrübəyə əsaslanan tənzimlənmə mexanizmlərinin tətbiqi daim diqqət mərkəzində saxlanılır.

İş yerlərinin rəsmiləşdirilməsi, əmək münasibətlərində şəffaflığın təmin edilməsi, əməkhaqlarının “ağardılması” məqsədilə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarına müsbət təsir göstərməkdə davam edir. Bu istiqamətdə atılan addımlar, xüsusilə də qeyri-neft sektorunun özəl bölməsində məşğulluğun artırılması və əməkhaqlarının leqallaşdırılması baxımından mühüm nəticələr verib.

2025-ci ilin oktyabr ayının 1-nə əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 466.613 vahid artıb və 1.868.528-ə çatıb.

Oktyabrın 1-nə qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1.011.208 təşkil edib. 2019-cu ilin əvvəlindən indiyədək bu sektorda əmək müqavilələrinin sayı 471.286 vahid və ya 87,3% artıb. Ümumi əmək müqavilələrinin 54,1%-ə yaxını qeyri-neft sektorunun özəl bölməsinin payına düşüb. 2025-ci ilin 9 ayında qeyri-neft özəl sektorunda qeydə alınmış 28 min artımın əsas hissəsi xidmət, ticarət və tikinti sahələrində müşahidə edilib.

Əldə olunan nailiyyətlər Azərbaycan iqtisadiyyatının post-neft dövrü üçün dayanıqlı və inklüziv inkişaf modelinə keçidini sürətləndirir, eyni zamanda, dövlətin əsas hədəfinin – qeyri-neft sektorunun özəl bölməsində dayanıqlı məşğulluğun və sosial rifahın yüksəldilməsinin uğurla həyata keçirildiyini nümayiş etdirir.