Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Naxçıvanda vergi ödəyicilərinin sayı 8,1 faiz artıb

2025-ci ilin oktyabrın ayının 1-nə Naxçıvan MR üzrə uçotda olan 53.139 vergi ödəyicisinin 94.7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 8,1 faiz, o cümlədən fiziki şəxslərin sayı 8,2 faiz, hüquqi şəxslərin sayı isə 5,4 faiz artıb.

Qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz artaraq 1.701 vahid olub. 2025-ci ilin yanvar-sentyabr aylarında kommersiya qurumlarının 87,1 faizi elektron, 12,9 faizi kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.