Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Açıq qapı günü” keçirilib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Naxçıvan Dövlət Universitetinin tələbələri üçün “Açıq qapı günü” təşkil edib. Tədbir Naxçıvan şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində keçirilib. Tələbələrin diqqətinə çatdırılıb ki, mərkəzin fəaliyyəti şəffaflığın artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi və vergi mədəniyyətinin formalaşdırılmasında mühüm rol oynayır. Mərkəzlə tanışlıq tələbələrin peşəkar inkişafı baxımından böyük əhəmiyyət kəsb etməklə, onların vergi orqanlarının gündəlik fəaliyyəti ilə yaxından tanış olması, nəzəri biliklərinin praktiki müstəvidə möhkəmləndirməsi, gələcək ixtisas hazırlığının və dövlət qurumları ilə əməkdaşlıq bacarıqlarının inkişafı üçün əhəmiyyətlidir. Tanışlıqdan sonra tələbələri maraqlandıran suallar cavablandırılıb və maarifləndirici bukletlər paylanılıb.