Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyası ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyasının (HMRC) nümayəndə heyəti ilə görüş keçirilib. Səfər “Sərhədsiz Vergi Müfəttişləri” layihəsi çərçivəsində baş tutub.

DVX-nin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsi tərəfindən təşkil olunmuş görüşdə yerli vergi orqanlarının nümayəndələri də iştirak ediblər. Tədbirdə vergi tətbiqi və nəzarəti sahəsində praktiki məsələlər, qlobal vergi siyasətinə uyğunluğun təmin olunmasına yönəlmiş strategiyalar, eləcə də vergi məlumatlarının mübadiləsi və risk əsaslı yanaşmaların təkmilləşdirilməsi məsələləri müzakirə edilib.

“Sərhədsiz Vergi Müfəttişləri” layihəsi vergi inzibatçılığı sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Layihə çərçivəsində ölkələr arasında vergi idarəçiliyi təcrübələrinin mübadiləsi, birgə təlimlərin təşkili, qabaqcıl metodologiyaların tətbiqi, vergi prosedurlarının inteqrasiyası və beynəlxalq vergi standartlarının reallaşdırılması üçün praktik fəaliyyətlər həyata keçirilir.