Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dövlət Vergi Xidmətində Sahibkarlar Konfederasiyasının nümayəndə heyəti ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbərliyi və üzv sahibkarlarla görüş keçirib.

Görüşdə sahibkarlıq fəaliyyəti üçün əlverişli biznes mühitinin gücləndirilməsi, vergi qanunvericiliyində gözlənilən dəyişikliklər və dövlət-biznes əməkdaşlığının yeni istiqamətləri müzakirə olunub.

DVX rəisi Orxan Nəzərli bildirib ki, sahibkarlarla davamlı dialoq vergi inzibatçılığının inkişafı və şəffaf biznes mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. DVX sahibkarlarla açıq və konstruktiv müzakirələrə hər zaman önəm verir, belə formatlı görüşlər qarşılıqlı etimadı möhkəmləndirir, qarşıdakı fəaliyyətin daha səmərəli planlaşdırılmasına imkan yaradır.

DVX rəisi vurğulayıb ki, son illərdə vergi sistemində aparılan islahatların əsas hədəfi sahibkarlığın inkişafını təşviq etmək, şəffaf və bərabər rəqabət mühitini təmin etməkdir. Bu baxımdan biznesin tələblərinə uyğunlaşan çevik idarəetmə mexanizmləri formalaşdırılır, elektron xidmətlərin genişləndirilməsi və vergi inzibatçılığının sadələşdirilməsi istiqamətində ardıcıl addımlar atılır.

Qeyd olunub ki, 2021-ci ildən DVX-nin Vergi siyasəti baş idarəsi tərəfindən müxtəlif assosiasiyalar və biznes təmsilçiləri ilə davamlı görüşlər keçirilir. Bu günə qədər 330-dan çox görüş keçirilib, həmin görüşlərdə 700-dən çox müxtəlif təklif səsləndirilib, onlardan 100-dən çoxu qanunvericiliyə dəyişikliklər zamanı nəzərə alınıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev DVX-nin sahibkarlarla əməkdaşlığa verdiyi dəstəyi yüksək qiymətləndirib, son illərdə aparılan islahatların biznes mühitinə müsbət təsirini vurğulayıb.

Görüşdə sahibkarların vergi öhdəliklərinin yerinə yetirilməsi prosesində qarşılaşdıqları bəzi praktiki məsələlər və təkliflərlə bağlı fikirlər səsləndirilib və vergi inzibatçılığının daha da sadələşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Vergi orqanlarının sahibkarlığa yanaşmasında tərəfdaşlıq prinsipinin daha da gücləndirilməsi yüksək qiymətləndirilib, belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyi qeyd olunub.

Görüş səmimi və qarşılıqlı anlayış şəraitində keçib, gələcəkdə Dövlət Vergi Xidməti ilə Sahibkarlar Konfederasiyası arasında əməkdaşlığın daha da genişləndirilməsi, avtomobil  bazarları, kənd təsərrüfatı və səhiyyə sektorlarında fəaliyyət göstərən biznes subyektləri ilə görüşlərin davam etdirilməsi qərara alınıb və bununla bağlı müvafiq tapşırıqlar verilib.