Vergi orqanlarında çalışan xanım əməkdaşların uğurlu fəaliyyətindən bəhs edən videoçarxlar hazırlanıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi orqanlarında çalışan xanım əməkdaşların uğurlu fəaliyyətindən bəhs edən videoçarxlar hazırlanıb. Dürüstlük, ədalət və peşəkarlıq - Dövlət Vergi Xidməti bu dəyərləri yaşadan komandadır. Siz də bizə qoşulun və vergi orqanlarına işə qəbul olunmaq üçün sənədlərinizi noyabrın 28-dək təqdim edin!