Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

DVX transfer qiymətlərinin tətbiqi ilə bağlı təlim xarakterli görüş keçirib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi ilə bağlı vergi ödəyiciləri ilə təlim xarakterli növbəti görüş keçirib.

DVX-nin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin təşkilatçılığı ilə baş tutan görüşün məqsədi transfer qiymətləri üzrə əməletmə səviyyəsinin yüksəldilməsi və mövcud qanunvericilik tələblərinin izah edilməsi olub. Görüşdə transfer qiymətləri sahəsində sənədləşmə öhdəliyi olan 50-dən çox vergi ödəyicisinin nümayəndələri iştirak edib.

Tədbirdə düzgün sənədləşdirilmiş transfer qiyməti siyasətinin və sənədləşmə sahəsində hazırlığın olmasının investisiya mühitinin təkmilləşdirilməsinə, ədalətli rəqabətin güclənməsinə, müvafiq sahə üzrə vergi ödəyicilərinin mövqeyinin möhkəmləndirilməsinə təsir imkanları geniş müzakirə olunub. Bundan başqa, transfer qiymətlərinin əvvəlcədən müəyyənləşdirilməsi ilə bağlı qanunvericiliyin müəyyən etdiyi imkanlar və müraciət qaydaları vergi ödəyicilərinin nəzərinə çatdırılıb.

Vergi ödəyicilərini maraqlandıran suallar ətraflı cavablandırılıb.