Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə bir sıra yeniliklər tətbiq olunacaq

2026-cı ildə vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində vergi sistemində bir sıra mühüm yeniliklərin tətbiqi nəzərdə tutulur. Onlardan biri də “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın elektron qaydada təqdim olunmasıdır. Belə ki, məlumatların vahid mənbədə toplanması, şəffaflığın, hesabatlılığın təmin edilməsi, sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin əlçatanlığının artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, kağız daşıyıcıdan istifadənin aradan qaldırılması və nəticədə  məmur - vətəndaş təmasının minimuma endirilməsi məqsədilə, gələn ildən etibarən “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi vasitəsilə elektron qaydada veriləcək.

“AYNA” informasiya sisteminin digər informasiya sistemlərinə inteqrasiyası nəticəsində həmin xidmətin göstərilməsi ilə əlaqədar zəruri sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olacaq. Bununla da həmin sənədlər vergi ödəyicisindən tələb edilməyəcək. 

Dəyişiklik prosedurların daha sürətli və şəffaf aparılmasını, xidmət keyfiyyətinin yüksəlməsini və vergi ödəyicilərinin məmnunluğunu təmin edəcək.