Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş müsabiqə keçirilib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Naxçıvan Dövlət Universitetinin nəzdində ingilis dili təmayüllü Gimnaziyada maarifləndirici tədbir keçirilib. Görüşün əsas məqsədi şagirdlərə vergi mədəniyyəti, eləcə də insan hüquqları və vəzifələri haqqında fundamental biliklərin çatdırılması olub.

Tədbirdə çıxış edən Gimnaziyanın direktoru Nazim Rəhimov bu kimi maarifləndirici tədbirlərin şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını bildirib.

Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin şöbə rəisi Zahid Qənbərov iqtisadi təhlükəsizlik və sabitlik, vergilərin mahiyyəti, növləri və sosial-iqtisadi rifahın təmin edilməsində əhəmiyyəti barədə məlumat verib.

Daha sonra şagirdlər arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş viktorina keçirilib. Müsabiqənin qalibi qiymətli hədiyyələrlə mükafatlandırılıb.