Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad edilib

Ümumilli Lider Heydər Əliyevin mütərəqqi dövlətçilik siyasəti Azərbaycanda əmin-amanlığın, sabit və dayanıqlı inkişafın, rifahın bünövrəsini təşkil edir. Ulu Öndərin müdrik ideyaları əsasında formalaşan iqtisadi inkişaf strategiyası ölkəmizin davamlı yüksəlişini və dayanıqlı artımı təmin edir.

Azərbaycanın dövlətçilik tarixində dərin iz qoymuş dünya şöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi hər zaman böyük ehtiram, minnətdarlıq və sevgi ilə yad olunur. 

İqtisadiyyat Nazirliyinin kollektivi Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub və xatirəsini ehtiramla anıb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı önünə güllər düzülüb.