Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

DVX “Netty” mükafatına layiq görülüb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2025-ci ilin yekunlarına görə “Netty” İnternet Mükafatına layiq görülüb. Qurumun “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi “Elektron hökumət və rəqəmsallaşma” kateqoriyası üzrə “Sosial kanallar və səhifələr” nominasiyasında qalib gəlib.

Qeyd edək ki, “Netty” qlobal internet şəbəkəsi və ümumilikdə İT bazarının milli seqmentdə inkişafının təşviqi üçün informasiya texnologiyaları sahəsində Azərbaycanda yaradılmış  ilk peşəkar mükafatdır. “Netty” hər il informasiya texnologiyaları sahəsində ölkənin əhəmiyyətli internet və sosial platforma resurslarını, tətbiqləri, aktual İT layihələrini mükafatlandırır.

Müsabiqənin nominantları virtual münsiflər heyəti və ekspert şurasının (Azərbaycanın ictimai, dövlət və biznes strukturlarını təmsil edən mütəxəssislər və peşəkarlardan ibarət xüsusi qrup) səsverməsi vasitəsilə müəyyən edilir. Qaliblərin son seçimi ictimai, dövlət və biznes strukturlarını təmsil edən mütəxəssislərdən ibarət “NETTY Akademiyası” tərəfindən həyata keçirilir.