Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirilib

Dekabr ayının 21-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Dövlət İmtahan Mərkəzi ilə birlikdə vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib. İmtahanda iştirak hüququ qazanan namizədlərin sayı 2.519 nəfər olub. İmtahan nəticələri qısa zamanda elan ediləcək.

Qeyd olunmalıdır ki, müsabiqə üzrə sənəd qəbulu Dövlət Vergi Xidmətinin rəsmi saytında yerləşdirilmiş elektron ərizə vasitəsilə aparılıb. Test imtahanına namizədlərin daha yaxşı hazırlaşmasına imkan yaratmaq məqsədilə müvafiq ədəbiyyat siyahısı Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində 
(www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdirilib. Müsabiqənin hər iki mərhələsində (test imtahanı və müsahibə) uğur qazanan namizədlər Dövlət Vergi Xidmətinin kadr ehtiyatı bazasına daxil ediləcək və mütəmadi qaydada vakant vəzifələrə təyin olunacaqlar.