Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Dövlət Vergi Xidməti strateji inkişaf mərhələsində: təşkilati dəyişikliklər və gözləntilər”

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində “Dövlət Vergi Xidməti strateji inkişaf mərhələsində: təşkilati dəyişikliklər və gözləntilər” mövzusunda daxili kommunikasiya və komanda quruculuğu tədbiri keçirilib. Tədbirin rəsmi hissəsində DVX-nin 2025-ci il üzrə fəaliyyətinin yekunları, strateji inkişaf çərçivəsində həyata keçirilən təşkilati dəyişikliklər, yeni idarəetmə yanaşmaları və gözləntilər müzakirə olunub. Komanda quruculuğu sessiyasında isə DVX-nin təşkilati dəyərlərinin gündəlik fəaliyyətə inteqrasiyası və əsas institusional prinsiplərin möhkəmləndirilməsi diqqət mərkəzində olub.